Cari Məzənnə

satışların keçirildiyi zaman məzənnə makleri tərəfindən müəyyən edilən birja məzənnəsi.
Cari Məsrəflər
Cari Öhdəliklər
OBASTAN VİKİ
Çarpaz məzənnə
Cari aktivlər
Cari aktivlər (ing. current assets) — bir istehsal dövrü və ya bir il ərzində nağd pula çevrilə bilən aktivlər. Şirkətin uzunmüddətli aktivlərindən fərqli olaraq, cari aktivlərin davamlı olması nəzərdə tutulmur. Cari aktivlər balansın ikinci bölməsində əks etdirilir.
Sabit məzənnə sistemi
Sabit məzənnə — hər hansı bir valyuta məzənnəsinin digər bir valyutalar səbətinə və ya hər hansı bir valyuta məzənnəsinin qızıl kimi dəyər ölçülərinə qarşı təyin olunduğu valyuta məzənnəsinin bir növüdür. Hər hansı bir valyutanın dəyərini sabitlərdirmək üçün həmin valyuta bir başa başqa bir beynəlxalq əhəmiyyətli və ya daha stabil məzənnənin təyin olunmuş nisbətinə istinad edilir. Beləliklə, hər hansı valyuta ilə istinad edilmiş valyuta arasındakı valyuta məzənnəsi, çevik mübadilə rejimindən fərqli olaraq, bazar şərtlərinə əsasən dəyişmir. Bu proses, hər iki valyutanın xas olduğu iki sektor arasında ticarət və investisiyaların daha asan və daha çox proqnozlaşdırılmasını təmin edir və əsasən, xarici valyutadan geniş istifadə edilən və xarici ticarəti ÜDM-nin böyük bir hissəsini təşkil edən kiçik iqtisadiyyatlar üçün faydalıdır. Həs hansı bir sabit valyuta məzənnəsi sistemi valyutanın davranışına nəzarət etmək üçün də istifadə edilə bilər; məsələn: inflyasiyanın dərəcələrini məhdudlaşdırmaq üçün. Bunu etməklə, cari valyutanın istinad dəyərinə nəzarət edilir. Beləliklə, istinad edilmiş valyutanın dəyərinin yüksəldiyi və ya düşdüyü zaman, ona istinad edən hər hansı bir valyutanın dəyəri də digər valyutalara və qiymətli pul vahidləri ilə ticarət edilə biləcəyi əmtəələrin dəyərinə nisbətdə artır və ya düşür. Əlavə olaraq, mükəmməl sərmaye çevikliyi fərziyyəsinə söykənən Mundell-Fleminq modelinə əsasən sabit bir məzənnə sistemi hökumətə makroiqtisadi sabitliyə nail olmaq üçün daxili pul siyasətindən istifadə etməyə mane olur. Sabit məzənnə sistemində, bir ölkənin mərkəzi bankı açıq bazar mexanizmini istifadə edir və istinad nisbətinin sabit dəyərini saxlamaq məqsədilə hər zaman həmin valyutanı müəyyən bir qiymətlə almaq və ya satmağa hazır olur. Milli valyutanın devalvasiyası zamanı mərkəzi bank ehtiyatda olan xarici pulu satır və milli valyutanı geri alır.
Cari valyuta əməliyyatları
Cari əməliyyatlar balansı
Cari əməliyyatlar balansı — ölkənin tədiyə balansının mal və xidmətlərin ixracını və idxalını, investisiyalardan xalis gəliri və transfer ödənişlərinin xalis həcmini qeyd edən hissəsi. Cari əməliyyatlar qalığı — mal, xidmət və gəlir əməliyyatlarını əks etdirən tədiyə balansının hesabı. Cari ödəmə balansına mal və xidmətlərin ixracatı və idxalı, xarici investisiyalardan gələn gəlir və cari transfertlər daxildir. Balans hesabatı tərtib edildiyi dövrdə başa çatmış və sonrakı dövrlərdə təsiri tədiyə balansına təsir göstərməyən əməliyyatları əks etdirir. Hesab üç maddəyə (balans) bölünür: "Mallar və xidmətlər", "Gəlir" və "Cari köçürmələr". Cari əməliyyatlar balansı aşağıdakı kimidir. Cari əməliyyatlar balansı 1. Məhsullar və xidmətlər 1.1 Məhsullar 1.2 Xidmətlər 2. Gəlir 2.1 Ödəniş 2.2 İnvestisiyalardan gələn gəlir 3. Cari transfertlər Mallar və xidmətlər balansı malların və xidmətlərin ixracı və idxalı üçün daxilolmaların və ödəmələrin həcmini xarakterizə edir.
Xalis cari dəyər
Xalis cari dəyər (XCD, ing. net present value, NPV) — bu günə qədər azaldılmış ödəniş axınının endirimli dəyərlərinin cəmidir. NPV göstəricisi, cari vaxta (investisiya layihəsinin qiymətləndirilməsi anına) azaldılmış bütün pul daxilolmaları və çıxışları arasındakı fərqdir. Bu, pul vəsaitlərinin daxilolmaları ilkin investisiya xərclərini və layihə ilə bağlı dövri pul vəsaitlərinin xaric olmasını ödədikdən sonra investorun layihədən almağı gözlədiyi pul vəsaitinin məbləğini göstərir. Nağd ödənişlər zaman dəyəri və risk əsasında qiymətləndirildiyi üçün NPV layihə tərəfindən əlavə dəyər kimi şərh edilə bilər. Bu, investorun ümumi gəliri kimi də şərh edilə bilər. Amerikalı professor Entoni Atkinsona görə, “xalis cari dəyər” investisiya layihəsi ilə bağlı bütün diskontlaşdırılmış pul vəsaitlərinin (daxil və çıxışlarının) cəmidir. CF (Cash Flow) pul axını üçün burada C F t {\displaystyle CF_{t}} t {\displaystyle t} illərində ödənişdir ( t = 1 , . . .
Cari-vaxt adaptiv təhlükəsizliyi
Cari vaxt adaptiv təhlükəsizliyi — şəbəkə təhlükəsizliyi modeli olub şəbəkə üzərindən inkişaf etmiş müəssisələrə olan hücmların qarşısını almaqda xüsusi rol oynayır. Adaptiv təhlükəsizlik şəbəkədəki təhlükəli nəqliyyatı izləməkdə, anomalik davranışları aşkarlamaqda, zəif nöqtələri aşkara çıxarmaqda, sistemdə olan cari dəyişiklikləri tapmaqda, avtomatik olaraq icazəsiz müraciətin qarşısını almaqda, təhlükəli şəbəkə nəqliyyatını bağlamaqda, mühüm rol oynayır. Digər başqa xüsusiyyətləri ilə yanaşı adaptiv təhlükəsizlik elə bir təhlükəsizlik platformasıdır ki, yalnız spesifik problemi həll etmək əvəzinə onun kökündən həllini tapmaqda əvəzsizdir və beləliklə heuristic sistemlər təhlkükələrə qarşı daha asan mübarizə apara bilir. Təhlükəsizliyi hazır tətbiqetməyə daxil etmək əvəzinə bu təhlükəsizlik modeli tətbiqetmənin ilkin dizayn mərhələsində yaradılır. Cari adaptiv təhlükəsizliiyin bu modelində böyük bir dəyişiklik müəllif menecmenti ve siyasətini istifadəçinin vəziyyətinə adaptasiya ola bilən, tələbə cavabdeh bir servise çevirməsidir.
Demokrat Partiya (Türkiyə, cari)
Demokrat Partiya (türk. Demokrat Parti) — 27 may 2007-ci ildə Doğru Yol Partiyasının adını və loqosunu dəyişməsi nəticəsində qurulan türk siyasi partiyası. Partiyanın kökləri 1946-cı ildə Cəlal Bayarın öndərliyi ilə yaradılan eyni adlı siyasi təşkilata dayanır. Bu partiaya 1950-ci il parlament seçkilərində qələbə qazanaraq Cümhuriyyət Xalq Partiyasından sonra Türkiyədə iqtidara gələn ilk partiya oldu. Demokrat Partiyadan Adnan Menderes baş nazir, Cəlal Bayar isə prezident seçildi. Demokrat Partiya iqtidarının hakimiyyətinə 1960-cı il 27 may çevrilişi ilə son qoyuldu. Partiya ləğv olunsa da idealogiyası sonrakı illərdə başqa partiyalarda yaşadı. Bunlardan ən əsasları Ədalət Partiyası, Ana Vətən Partiyası və Doğru Yol Partiyası idi. Bu siyasi qurumlar 2000-ci illərə kimi Türkiyə siyasi həyatında böyük rol oynamış və bir neçə dəfə iqtidara gəlmişlər. 27 may 2007-ci ildə Mehmed Ağarın rəhbərlik etdiyi Doğru Yol Partiyası adını və emblemini dəyişdirərək Demokrat Partiyaya çevrildi.
Vahid məbləğin cari dəyəri
Vahid məbləğin cari dəyəri və ya diskontlaşdırılmış dəyər — zamanın müxtəlif nöqtələrində alınan pulun müxtəlif dəyəri əsasında gələcək ödəniş axınının dəyərinin (cari pul ekvivalenti) qiymətləndirilməsi (pulun zaman dəyəri anlayışı). Vahid məbləğin cari dəyəri əsasında qiymətləndirmələr və eynilə vahid məbləğin gələcək dəyəri əsasında qiymətləndirmələr kreditləri, ipotekaları, annuitetləri, xarici istiqrazları və s. qiymətləndirmək üçün istifadə olunur. Bu hesablamalar eyni vaxtda baş verməyən pul vəsaitləri axını arasında müqayisə aparmaq üçün istifadə olunur, çünki dəyərlər arasında müqayisə aparmaq üçün vaxt və tarixlər ardıcıl olmalıdır. Aktivin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi adi iş şəraitində bu aktivin istifadəsindən gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının hal-hazırda məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. Öhdəliyin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi adi iş şəraitindəbu öhdəliyin yerinə yetirilməsindən gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının hal-hazırda məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. Ширяев А. Н. Основы стохастической финансовой математики. 1. Факты. Модели.
İdarə olunan üzən məzənnə rejimi
İdarə olunan üzən məzənnə rejimi (ing. managed float regime) — valyuta məzənnələrinin bazardakı tələb-təklifə uyğun olaraq gündəlik dəyişməsi ilə yanaşı, həm də mərkəzi banklar tərəfindən valyuta alış-satışı yolu ilə yerli valyutanın məzənnəsinə müdaxilə edilməsi ilə xarakterizə olunan beynəlxalq maliyyə mühitidir. Bu həm də çirkli üzmə (dirty float) adı ilə tanınır. Beynəlxalq Valyuta Fondunun 2014-cü ilə olan məlumatına görə 82 dövlət və region idarə olunan üzən məzənnə rejimindən istifadə edir ki, bu da mövcud məzənnə rejimi növləri arasında üstünlük təşkil edir.
Cari əməliyyatlar üzrə pul axını
Ölkələr üzrə cari əməliyyatlar balans siyahısı
Cari əməliyyatlar balansına (genişlənmiş xarici ticarət balansı) görə ölkələrin (ştatlar, asılı ərazilər) siyahısı.